Haqqımızda

TürkMedia.az xəbər portalı 1 iyul 2021-ci ildən fəaliyyətə başlayıb və müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur.

Saytımız Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, digər türkdilli ölkələr və xalqlar arasında əlaqələrin daha da genişləndirilməsində, türk dünyası ilə bağlı xəbərlərin böyük coğrafiyada yayılması istiqamətində çalışır.

TürkMedia.az saytında eyni soy-kökə, eyni mədəni dəyərlərə, eyni dilə mənsub olan bu xalqlar arasındakı münasibətləri daha da möhkəmləndirməyə yönəlik xəbərlər yayımlanır. Türk toplumları bəşər tarixində ən böyük hadisələrin altına imza atan böyük bir millətin yetirmələridir.

Biz də TürkMedia.az xəbər portalı olaraq tarixi hadisələri və türk dünyasındakı uğurları qələmə aldığımıza görə qürur duyuruq. Türk dilli ölkələrdə baş verən hadisələrdən vaxtında xəbər tutmaq üçün TürkMedia.az saytını izləyin.