Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” fərmanında iki detalın tarixi əhəmiyyəti var:
– Dövlət Qarabağa dair açıq qalan məsələlərlə bağlı mövqeyini ilk dəfə rəsmi sənədlə bəyan etdi;
– Dövlətin gələcək strateji hədəfi rəsmiləşdi.
Fərmana görə, Qarabağ iqtisadi rayonuna Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları daxil edilib. Beləliklə, sülhməramlıların nəzarətindəki Xankəndi, Xocalı və Xocavənd rayonu ilə bağlı müharibədən sonra ilk rəsmi qərar qəbul olundu və bu fərman ən vacib məsələyə dair rəsmi qərarın verilməsi hesab oluna bilər:
– Qarabağın “statusunun” olmayacağı rəsmi sənədlə təsdiq olunur;
– Xankəndi, Xocalı və Xocavənddə yaşayan ermənilər yalnız Azərbaycan vətəndaşı kimi bölgədə yaşaya bilərlər;
Əliyevin prosesi yetişdirməsi və zamanında – Şuşa Bəyannaməsinin imzalanmasından sonra yekun qərarı verməsi xüsusilə diqqət çəkir.
Burada həm də müharibədən sonra “Xankəndi, Xocalı və Xocavəndin taleyi necə olacaq” suallarının rəsmi cavabı yer alır.
Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması Azərbaycan dövlətinin Qərbi Zəngəzura qayıdış hədəfinin də rəsmi elan edilməsi hesab oluna bilər. Əliyev dövlətin gələcək strategiyasını açıq elan edir.