Türkiyədə meşə yanğınlarından təsirlənən bölgələr “Ümumi həyata təsir edən fəlakət zonası” elan edilib.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi Tvitter hesabında paylaşım edib.
“Millətimizin yaralarını sarımaq, zərərini qarşılamaq, imkanlarını əvvəlkindən də yaxşı vəziyyətə gətirmək üçün lazımi bütün addımları atmağa davam edəcəyik”, – deyə Ərdoğan qeyd edib.(Modern.az)