Türkiyənin Düzcə vilayətinin Topuk dağ çəmənliklərindəki mənzərəli gölün səthi buzla örtülüb.
TürkMedia.az xəbər verir ki, Türkiyənin şimal-qərbinin bu hissəsində havanın temperaturu son günlər 7 dərəcə şaxtaya enib.
Düzcə sakinləri və qonaqları dəniz səviyyəsindən 1300 metr yüksəklikdə yerləşən donmuş su anbarında gəzintiyə çıxırlar.