Bu gün Türkiyənin hərbi rəsmiləri Ukraynadakı vəziyyəti müzakirə edib. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Milli müdafiə naziri Hulusi Akarın rəhbərliyi ilə keçirilən iclasda ölkənin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər və digər yüksək rütbəli şəxslər iştirak ediblər.
Onlayn keçirilən görüşdə Rusiyanın Ukraynaya hücumu barədə fikir mübadiləsi aparılıb.