Türkiyə 10 ildən sonra Misirə səfir təyin edib.
Türkmedia.az xəbər verir ki, bu barədə “Resmi Gazete”də məlumat yayımlanıb.
Səfir postu Salih Mutlu Şenə həvalə olunub.
Xatırladaq ki, Türkiyə ilə Misir arasında münasibətlər 2013-cü ildə hərbçilər tərəfindən islamçı Məhəmməd Mursinin devrilməsindən sonra pisləşib, tərəflər öz səfirlərini geri çağırıblar. 2021-ci ilin mart ayında Türkiyənin ovaxtki xarici işlər naziri Mövlud Çavuşoğlu Ankara ilə Qahirə arasında əlaqələrin diplomatik səviyyədə bərpa olunduğunu bəyan edib.