Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev Şuranın Türk dünyası birləşmiş dövlətlərini yaratmağı hədəflədiyini bildirdi.
Amreyev 31 mart tarixində onlayn keçiriləcək Türk Şurası Qeyri-rəsmi Sammitində əvvəl açıqlama verib.
Amreyev payızda İstanbulda planlaşdırılan sammitə hazırlıq xüsusiyyətindəki onlayn yığıncaqda Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan liderlərilə yanaşı müşahidəçi statusundakı Macarıstanın Baş naziri Viktor Orban və Türkmənistan səlahiyyətlilərinin iştirak edəcəyini söyləyib.
Şuranın Türk dünyası birləşmiş dövlətləri yaratmağı hədəflədiyini ifadə edən Amreyev bildirib ki, (Azərbaycanın) Qarabağ zəfərindən sonra liderlər ilk dəfə bu zirvə yığıncağında bir araya gələcəklər. Buna görə də xalqın nəzərində bu sammitin əhəmiyyəti artır.
Amreyev Qazaxıstanın Türküstan şəhərinin Türk dünyasının mənəvi mərkəzi elan edilməsinin zirvənin gündəmində olduğunu qeyd edib və Türk dünyasındakı İstanbul, Səmərqənd, Buxara, Şuşa, Bakı və Almatı kimi digər şəhərlərin də gələcəkdə xüsusi status ala biləcəyinə diqqət çəkib.
Qeyri-rəsmi zirvədə “Türk Şurası Strateji 2020-2025 və Türk Dünyası Baxışı – 2040” müzakirə ediləcək.