Günlər aylara, aylar illərə qarışır…. Amma nə bir dəqiqə, nə bir an sənsiz kecmir cənab baş leytenant!
Könlünün sevgili mehbubu olan Vətəni üçün canından keçən, qanı ilə Vətən torpaqlarına can verən QƏHRƏMAN! SƏN və bütün ŞƏHİDLƏRİMİZ Qarabağın susmayacaq şikəstəsi, heçbirzaman solmayacaq Xarıbülbülüsünüz!!!
Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə ölümü gözə alan gənclərimiz bu müqəddəs amal uğrunda şəhid olursa, bu, xalqımızın böyüklüyüdür. Şəhid verməyən xalqın mənliyi olmaz. Şəhid qanı axmayan torpaqdan Vətən qoxusu gəlməz! Vətəninə, torpağına bağlı qəhrəmanlar yurdudur bu TORPAQ!
“Qarabağ” ordeni ilə təltif olunan igidlərimizdən biri də xüsusi təyinatlı qüvvələrin baş leytenantı Həmid Abbasbəylidir. O, aprel döyüşləri də daxil olmaqla 44 günlük Vətən müharibəsində özünün şücaəti ilə döyüş yoldaşlarının yaddaşında silinməz iz buraxıb.
Hərb təhsilini tamamladıqdan sonra xüsusi təyinatlı qüvvələrin baş leytenantı rütbəsinə qədər yüksəlib, Vətən müharibəsinin ən ağır döyüşlərində iştirak edib.
Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı Abbasbəyli Həmid Cavanşir oğlu 17 noyabr 1991-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. İlk təhsilini Binəqədi rayonu 157 saylı tam orta məktəbdə almış, müəllimlərinin sevimlisi , çalışqan şagird olmuşdur. Tarix fənninə xüsusi marağı olan Həmidin damarlarında axan ziyalı qanı həmişə, hər yerdə öz sözünü deyib. Dərslərindəki müvəffəqiyyətlərinin ,uğurlarının ən başlıca memarı özü olan baş leytenantın müəllim olan hər iki valideyninin də bunda əvəzsiz rolu olub. hərb sənətinə olan sonsuz sevgisi də onun yolunu orta məktəbi bitirdikdən sonra 2003-2006-cı illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseyden salib. Liseydə təhsil aldığı müddətdə təlim –tərbiyəsi, nizam-intizamı ilə ailəsinə qürur yaşatmış, müəllim heyyətinin sevimlisi olmuşdur..
Xüsusi yetənək və bacarıqları ilə liseydə də fərqlənməyi bacaran Həmid burdakı təhsilinin davamı olaraq H.Əliyev adına Ali Hərbi məktəbə daxil olub(2006-2010-).
2010-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində taqım komandiri vəzifəsində xidmət edib. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb. Milli qəhrəman Mübariz İbrahimovun adını daşıyan bölükdə taqım komandiri vəzifəsində xidmət edib.
“Döyüş tapşırığında onun qrupuna düşən əsgərlər rahat olurdu, bilirdilər ki, Həmid şəxsi heyəti sağ aparıb, sağ da geri gətirəcək. Mərmi yağışı altında qorxmadan əsgərlərinə “İrəli!” əmri verib, özü hamıdan öndə gedirdi”, bu sözləri onun komandanlığı altında döyüşən əsgər deyir.
Həmidin döyüş yolu haqqında danışılanlar qardaşı Ağasını da heyrətə gətirib. O, qardaşının Vətən uğrunda şəhid olduğunu deyir və onunla həmişə fəxr edəcəyəni bildirir. Qardaşı ilə eyni hərbi məktəbdə təhsil alan Ağası deyir “ Həmid hərbidə çalışdıqdan sonar onunla gec –gec görüşürdük, indi ən çox da o görmədiyim günlərə yanıram. Yalnız həftə sonları evdə olurdu.O zamanının da böyük hissəsini idmana həsr edirdi”.
Anası Gülnar xanım deyir “Boksla , qaydasız döyüşlə məşğul olurdu Həmid. Deyrdim işin onsuzda ağırdı sənin, heç olmasa biraz dincəl, deyirdi ana elə işim üçün idman cox vacibdi. Deyirdi stresimi, yorğunluğumu idmanda atıram,istirahətim budu mənim”.
Həmid dünyaya gələndən hamıdan fərqlənib. Səbrli, təmkinli, dostlarının sevgisini qazanan, eləcə də öz təmkini ilə hamıdan seçilib. Elə xalası da Həmidi ən yaxşı xüsusiyyətləri ilə yad edir: “Mən bir də heç kimə döşəməli aş bişirməyəcəm” deyir Güldanə müəllimə. Həmidin ondan son istəyi bu olub. Bir də deyib ki, “mənim duam qəbul oldu”.
Dəfələrlə döyüş yoldaşlarını ölümün cəngindən xilas edən Həmid Abbasbəyli bu haqda heç vaxt danışmazmış. Evdəkilər anasına təsəkkürə gələn əsgər valideynlərinin dilindən eşidərmiş bütün bu igidlikləri. Heç vaxt özü ilə qürurlanmayan, öyünməyən baş leytenant bunları kiminsə bilməsini belə istəməzmiş.
Dörd əcnəbi dildə mükəmməl danışan Həmid Abbasbəyli xidmət dövründə Türkiyədə və Çində keçirilən təlimlərin iştirakçısı olub, xüsusi bacarığı və hərbi bilik səviyyəsi ilə təlim birincilərindən olmağı bacarıb , digər ölkə nümayəndələri arasında fərqlənib.
Qızgın döyüşlər zamanı ayağından cidi yara almasına baxmayaraq, tibbi yardım almaqdan imtina edir. Agır yara ilə döyüşlərə davam edir.
Fizuli,Hadrut və Cəbrayılın alınmasında, eyni zamanda Ərgünəş yüksəkliyinin və Laçın dəhlizinə nəzarəti təmin edən yüksəkliyin alınmasında gedən döyüşlərdə fəal iştirak edir.Düşmənin xeyli sayda hərbi texnikasını və canlı qüvvəsini məhv edir.Bu döyüşlərdə qrup rəhbəri kimi böyük şücaət göstərir.
Ailəsi ilə sonuncu dəfə ayın 18-də əlaqə saxlayır. Son döyüşü Laçın dəhlizinə nəzarəti təmin edən yüksəklik uğrunda olur.Həmin döyüşdə döyüş yoldaşları ilə birlikdə düşmənin 500-dən artıq canlı qüvvəsini məhv edir. Ayın 18-dən 19-na keçən gecə qəhrəmancasına şəhid olur. Cənazəsi 3 gün neytral zonada qalır. Həmidin cənazəsi oktyabrın 23-də Bakıya gətirilir və bir gün sonra böyük izdihamla II Fəxri xiyabanda dəfn olunur.
Həmid Abbasbəyli Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə iyunun 26-da Bakının Azadlıq meydanında təntənəli hərbi paradda Xüsüsi Təyinatlı Qüvvələrin tərkibində çıxış edib. 2020-ci ilin iyun ayının 24-də Moskva şəhərində Qırmızı meydanda keçirilən Böyük Vətən Müharibəsində Qələbənin 75-ci illiyinə həsr edilmiş irimiqyaslı paradda 75 hərbçi ilə Azərbaycan Ordusunu təmsil edib və “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)” medalı ilə təltif edilib.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Həmid Abbasbəyli ölümündən sonra “Qarabağ” ordeni ilə təltif edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həmid Abbasbəyli ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Həmid Abbasbəyli ölümündən sonra “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Həmid Abbasbəyli ölümündən sonra “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Həmid Abbasbəyli ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi.
Şəhid olmağı özünə şərəf bilən Həmidin və hər bir şəhidimizin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə vardır. Elə buna görə də onlar şüurlu şəkildə ölümü gözə ala bilirlər. Şəhidlik, Vətənə olan sonsuz sevginin təcəssümü, Vətənə can fəda etməkdir. Bu sevgi beşikdən, ana laylasından, ailədən, məktəbdən başlanır.
Qürurlanmamaq əldə deyil, Həmid Camal,Mehdi, Mehrab,Kamil kimi oğulları özünə ideal qəhrəman edinmə şansı olan övladlarımız milli ruhda, xalqa, torpağa, Vətənə sevgi ilə böyüyürlər.
Ömrün ən böyük qazancı ömürdən sonrakı həyatın qazanılmasıdır.
Şəhidlər ölməz, unudulmaz!
Həmid kimi oğullar bu Vətənin, millətin həyatda ən dəyərli xəzinəsi,Tanrının möcüzə payıdır!
İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər. Şəhidlərin davamçısı varsa, xatirələri hər yerdə anılırsa, deməli, onlar ölməyib, ürəklərdə daim yaşayırlar!
Cənab leyteantın rəsmini görən, fərq etməz, böyük, ya kiçik olsun, çöhrəsindəki nura, gözlərindəki işığa tutulub qalır! Onu yaxından tanımayan belə, təvazökar, fədakar, mərhəmət və sevgi dolu Həmidi coxdan tanıyırmış kimi əqlinin, qəlbinin bir köşəsinə əbədilik sakin edir!!!! Və bu qəhrəman Həmid Abbasbəylinin etrafına saçdığı sonsuz nurun şölələridir!
Ürəklərində böyük Vətən sevgisi ilə qəhrəmancasına döyüşüb arzularını yarım qoyan Vətənin xilaskarlarını son nəfəsimizədək yaşatmaq bizim borcumuz və yaşama amalımız olsun!
Ayşə Ozan