Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində təşkil olunan “Norway Chess” turnirində növbəti oyununu keçirəcək.
38 yaşlı qrossmeyster III turda hindistanlı Qukeş Dommaraku ilə üz-üzə gələcək. Məmmədyarov hazırda 1,5 xalla norveçli Maqnus Karlsenlə birlikdə 8-9-cu pillələri bölüşdürür. Aktivində 3 xalı olan Dommaraku isə Fransanı təmsil edən Alireza Firuzca ilə 4-5-ci yerdədir.
Qeyd edək ki, “Norway Chess” iyunun 9-da başa çatacaq. Reqlamentə əsasən, birbaşa qələbəyə görə 3 xal verilir. Heç-heçə olacağı təqdirdə rəqiblər armageddonda qarşılaşırlar. Bu halda qalib 1.5, məğlub olan tərəf isə 1 xal əldə edir.