Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov qaziləri ziyarət edib.
TürkMedia.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin tviter səhifəsində məlumat verilib.
“Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və hərbi attaşe polkovnik Müşfiq Məmmədov “Yaşat” fondunun dəstəyi ilə İstanbul Cərrahi Səhiyyə Mərkəzində müalicə alan qazilərimiz Vahid İmanlı, Yaqub Qəhrəmanlı, Qismət Həşimov, Samurat İbrahimov və Xəyal Qurbanovu ziyarət ediblər”, – tvitdə qeyd olunub.
Həmçinin bildirilib ki, səfir və hərbi attaşe Kocaeli Romatem Xəstəxanasında qazilər Şahid İbrahimov, Şəmsi Məmmədov, Həbib Namazov, Zamir Osmanov, Alı Qədirli, Cavad Qələndərli, Kamran Qeybəliyev, Həsrət Quliyev, Nurlan Tağıyev, Rəvan Əzizovu, İstanbul Avicenna Xəstəxanasında Vadim Musayev, Seymur Əliyev, Elnur İsgəndərli, Elvin Qasımov, Namiq Qasımzadə, Emin İbadov , Namiq Salayevi, Bursa Romatem Xəstəxanasında müalicə alan Əfsər Ataxanlı, Turan Əhmədzadə, Samir Əliyev, Valeh İsayev, Bəxtiyar İsmayılov, Ram İsmayılov, Elmar Nəsirov, Samir Orucov, Emil Qocayev, Elşən Xanəliyev, Əzim Qafarov, Kənan Nəsirov və Ehtiram Musayevi ziyarət ediblər.