Rusiyanın Müdafiə naziri Sergey Şoyqu bu gün erməni həmkarı Arşak Karapetyanla görüşüb. Modern.az xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.
Görüşün sonunda Şoyqu Karapetyana xəncər hədiyyə edib.
“Hesab edə bilərik ki, Ermənistana silah tədarükü prosesi başlayıb”, – Şoyqu simvolik hədiyyəni erməni nazirə verərkən deyib.