Qazaxıstanda yazın gəlişi ilə əriyən qar Aktobe və Kostanay şəhərlərində daşqınlara səbəb olub, minlərlə insan helikopter və qayıqlarla təxliyə edilib.
525.az xəbər verir ki, Qazaxıstanda havalar isindikcə əriyən qar ölkənin şimal, qərb və şərq bölgələrində daşqınlara səbəb olub.
Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, seldən ən çox zərər çəkən Aktobe və Kostanay şəhərlərində çayların daşması nəticəsində bəzi yaşayış məntəqələri su altında qalıb. Belə ki, evlərini tərk etməli olan minlərlə sakin hərbi helikopterlər və sürətli qayıqlarla təhlükəsiz yerlərə köçürülüb.