Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
TürkMedia.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən R.E.Məmmədov Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edillib.
Qeyd edək ki, Rəşad Məmmədov indiyədək Azərbaycanı qardaş Qazaxıstanda səfir kimi layiqincə təmsil edirdi. Onun həm Azərbaycan-Qazaxıstan münasibətlərinin yüksək səviyyəyə qaldırılmasında, həm də, Türksoylu ölkələr arasında əməkdaşlığın genişlənməsində effektiv fəaliyyəti olub. Bu fəaliyyətin qardaş Türkiyə Cümhuriyyətində də davam etdiriləcəyi inamı ilə hörmətli səfir Rəşad Məmmədovu təbrik edir, uğurlar diləyirik!