Azərbaycan Prezidenti İlham Əliyev martın 10-da Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çankaya Köşkündə dövlət başçısını qarşılayıb.
Görüşdə Azərbaycan-Türkiyə müttəfiqlik əlaqələrinin inkişafından bir daha məmnunluq ifadə olunub və Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycana səfərə dəvət edib. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev martın 10-da Türkiyəyə işgüzar səfərə gedib. Səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutub.