12 iyul Mirzə Fəthəli Axundzadənin (1812-1878) doğum günüdür. Bu tarix həm də Milli Diriliş günümüz olaraq yaddaşlarda qalacaqdır. Bundan əvvəlki tariximiz kitab, düşüncə, sənət baxımından qaranlıq, ölü bir dünya idi. Mirzə Cəlil də əbəs yerə demirdi ki, “Gözümü açandan dünyanı qaranlıq görmüşəm!” Bu gün nadanlığa, cəhalətə, kitabsızlığa qarşı mübarizədə çatmayan bir şey var- O da Axundov cəsarəti, Axundov intellektidir. Çiynində rus polkovniki mundirini daşıyan, içində bir düşüncə ordusunu səfərbər alaraq təkbaşına mübarizə aparan bu qəhrəman insan dindar olmasa da, ən böyük iman sahibi idi. Vəfat edəndə müsəlman babalarımız onu kafir deyib üç gün basdırmaqdan imtina etmişdilər. Çünki ölülər diriləri basdıra bilməzdilər. İllər, qərinələr keçdi, nəsillər dəyişdi, yenə də diri qalan Mirzə Fəthəli oldu. Modernliyimizin, az-çox ağılla qazandığımız nə varsa, mənbəyi Mirzə Fəthəlidir.
Fazil Mustafa, Millət Vəkili