“Tehran görüşü həm Türkiyə, həm də bölgə üçün böyük önəm daşıyır. Çünki ABŞ-ın hücumçu siyasəti qarşısında Türkiyənin, İranın, Rusiyanın və bütün bölgə ölkələrinin mənfəətləri uzlaşır”.
Bu fikirləri BizimMedia-ya açıqlaması zamanı rürkiyəli politoloq Mehmet Perinçek Tehran sammitinin əhəmiyyətini şərh edərkən deyib. Xüsusıən terrorlar birgə mübarizə baxımından zirvənin əhəmiyyəti xüsusidir.
“Xüsusən Suriya mövzusunda önəmli qərarların alınacağı gözlənilir. Həm oradakı terrora qarşı, həm də ki, fundamental terrora qarşı birlikdə işbirliyi etmələri vacibdir. Həm PKK, PYD varlığına son verilməli, həm də İdlibdəki terrorçular ortalıqdan qaldırılmalıdır. Bu məqamda da, Türkiyənin sərhəd xaricindəki əməliyyatları önəmli rol oynayacaqdır. Bu əməliyyatlar Rusiya və İran ilə kordinatlı bir şəkildə aparılmalıdır”.
Politoloq hesab edir ki, görüş Azərbayca üçün də əhəmiyyətlidir. Çünki həm Zəngəzur dəhlizinin reallaşması, həm də altılı platformanın işə düşməsi baxımından Tehranda ciddi qərarlar əldə edilə bilər.
“Tehran sammiti Cənubi Qafqaz baxımından da böyük önəmə sahibdir. Xüsusən Cənubi Qafqazda inteqrasiya, bütünləşmə baxımından önəmli qərarlar alınmalıdır. Zəngəzur dəhlizi, Azərbaycanın torpaq bütövlüyü baxımından gözlənilən addımların sürətli bir şəkildə atılması üçün Tehranda önəmli qərarlar alına bilər. Qafqazdakı “3+3”, yəni altılıq platforumun işləklik qazanması üçün Tehran sammiti önəm daşıyacaqdır. Digər tərəfədən Türkiyənin Egedə qarşılaşdığı təhlükələridə balanslaşdırmağ baxımından Rusiya ilə münasibətlərini strateji olaraq daha da genişləndirməlidir”.
“Bütün bunlarla birlikdə ABŞ-ın iqtisadiyyatı silah olaraq, xüsusən dolları silah olaraq istifadə etdiyi bir dönəmdə Tehran sammiti vaciblik daşıyır. Çünki bütün bu ölkələr aralarındakı ticarəti milli valyuta ilə reallaşdıraraq həm iqtisadiyyatlarını qaldıracaqlar, həm də milli təhlükəsizliklərini bu formada qoruyacaqlar”, – deyə, M.Perinçek əlavə edib.