Tailand Milli Genetik Mühəndisliyi və Biotexnologiya Mərkəzi ilə Qızıl Xaç Komitəsinin tədqiqatçıları koronavirusun hazırda sürətlə yayılan “Delta” variantından qorunmağın üsulunu açıqlayıblar.
Ayrı-ayrı peyvənd dərmanlarını müxtəlif cür yanaşı sınayan alimlər 2 dəfə “Sinovac” dərmanını, sonra da bir dəfə “AstraZeneca” dərmanını vurmaqla “Delta”ya qarşı kifayət qədər anticisim yaranmasına nail olunduğunu müəyyənləşdiriblər.(Report”)