“Azərbaycan işğal altındakı torpaqlarını azad edəndən sonra Azərbaycanla Türkiyə bölgədə sülhə və sabitliyə tərəfdar olduqlarını açıq şəkildə ifadə ediblər”
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət!” ifadəsini xatırladan XİN başçısı bildirib ki, Azərbaycan münasibətlərin normallaşması üçün sülh əlini uzadıb: “Azərbaycan kimi Ermənistanın da sülh mövqeyi göstərməsini gözləyirik”.
Çavuşoğlu, eyni zamanda diqqətə çatdırıb ki, Azərbaycan və Türkiyə bölgədəki proseslər, o cümlədən Ermənistanla münasibətlərin normallaşması üçün bütün addımları atır.