“14 iyul qürur günümüz olması olması ilə yanaşı, həm də Tovuz döyüşlərində ərazi bütövlüyümüzün qorunması uğrunda şəhid olan Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, polkovnik İlqar Mirzəyev və 5 hərbiçimizin anım günüdür”.
Bu sözləri Sonxeber.az-a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat katibi, siyasi şərhçi Əziz Əlibəyli deyib.
Əziz Əlibəyli bildirib ki, anti-terror əməliyyatlarına başlamalıyıq:
“Bu gün Azərbaycan üçün qələbənin başlanğıcı sayılırsa Ermənistan üçün də ağır məğlubiyyətin başlandığı gündür. Məhz ona görə də onlar da bu günü unutmayıblar. Bundan əlavə bilirsiniz ki, bir neçə gün əvvəl rəsmi şəxslər və xarici diplomatik korpusun əməkdaşları işğaldan azad olunan ərazilərdə səfərdə oldular. Ermənistanın Şuşa şəhərini atəşə tutması da demək olar ki, eyni dövrə təsadüf etdi. Bundan əlavə iyulun 13-ü Ermənistan Xarici İşlər Nazirliyi Şuşa şəhərinə gedən səfirliklərin ölkələrinə nota verdi. Hesab edirəm ki, iyulun 13-də Şuşanın atəşə tutulması bu proseslərin məntiqi davamıdır. Ermənistan tərəfi o ölkələrə göstərməyə çalışır ki, işğaldan azad olunmuş bölgələrdə təhlükəsizlik məsələləri tam təmin edilməyib və hər an yenidən hərbi toqquşmaların baş verməsi mümkündür. Ona görə də öz diplomatik nümayəndəliklərini həmin ərazilərə göndərməsinlər. Təbii ki, Ermənistan bu addımı ilə “Böyük Qayıdışa”a, xarici ölkələrin işğaldan azad edilmiş ərazilərə investisiya yatırmasına və Qarabağa vətəndaşların köçürülüməsinə maneə olmaq istəyirlər. Ermənistanın sülhməramlıların Şuşada post-patrul xidmətinin həyata keçirdiyi yerdə belə bir addım atması bizə çox ciddi arqument verir ki, anti-terror əməliyyatlara başlayaq və gündəmə birbaşa Xankəndi məsələsini də gətirək”.