96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Milli Məclisin deputatı Anar Məmmədovun təşəbbüsü ilə Goranboy rayonunun Qarasuçu kəndində əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 200 fərdi evə xidmət göstərilməsi nəzərdə tutulan su çəni quraşdırılmışdır.
Deputatın köməkçisi Elçin Cahangirov bir qrup kənd ağsaqqalları ilə birgə su çəninə baxış keçirmiş, mövcud digər problemlərin həlli ilə bağlı müzakirələr aparılmışdır. Onu da qeyd edək ki, su çəni Qarasuçu kənd şəhidlərinin ailələrinin yaşadığı ərazidə quraşdırılmışdır.