Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana səfəri təxirə salınıb.
TürkMedia.az xəbər verir ki, Çavuşoğlu bu barədə azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığı zamanı bildirib.
Türkiyənin XİN başçısı COVID-19-a yoluxduğuna görə qarşıdakı günlərdə Azərbaycana planlaşdırılan səfərini təxirə salmaq məcburiyyətində qaldığını deyib.
Qeyd edək ki, yaxın günlərdə Çavuşoğlunun Azərbaycana səfəri gözlənilirdi. O, bu gün koronavirusa yoluxduğunu açıqlayıb.