Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 9 iyul – Diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə azərbaycanlı həmkarı Ceyhun Bayramovu təbrik edib.
TürkMedia.az xəbər verir ki, Türkiyə XİN başçısı bununla bağlı “Twitter”də paylaşım edib.
“Dəyərli qardaşım – Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov başda olmaqla, bütün azərbaycanlı diplomat qardaş-bacılarımızın Diplomatlar Gününü təbrik edirəm. Yaşasın Türkiyə-Azərbaycan dostluğu!”, – deyə M. Çavuşoğlu qeyd edib.