Yeni fəaliyyətə başlayan “Social Art” şirkətinin rəhbəri Həcər Əkbərova 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid və qazi ailələri üçün görüş təşkil edib. Həcər Əkbərova bayram münasibəti ilə şəhid və qazi ailələrini təbrik edərək, bildirib ki, ana şəfqəti ilə Vətən üçün sağlam ruhda uşaq tərbiyə edib, övlad böyüdən Vətənə Şəhid və Qazi verən qadınlarımız ikiqat diqqətə layiqdirlər.
Daha sonra Həcər Əkbərova rəhbəri olduğu “Social Art” şirkəti barədə məlumat verib. O bildirib ki, “Şəhid və qazi xanımlarının sosial inkişafına dəstək” məqsədi ilə keçirilən bu layihənin əsas məqsədlərindən biri də həmin xanımları sosial sahibkarlıq fəaliyyətinə cəlb etməkdir.
Sosial biznes layihəsi sayəsində şəhid və qazi xanımları öz ailə büdcəsinə dəstək olacaq və sosial inkişafında müsbət addımlar ataraq işsizlik problemləri həll olacaq. Şəhid və Qazi ailələri də “Social Art” şirkətinin qurulması ilə bağlı Həcər Əkbərovanı təbrik edərək, uğurlar arzulayıblar. Sonda xatirə şəkilləri çəkilib.