Türk İnvestisiya Fondunun prezidenti Bağdad Amreyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
“Azərbaycan Respublikasının Prezidenti seçkilərində uğurlu qələbəniz münasibətilə Türkiyə İnvestisiya Fondu adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırıram. Bu möhtəşəm qələbə qardaş Azərbaycan xalqının Sizin liderliyinizə, eləcə də çox mühüm strategiyanıza olan inamını və etimadını bir daha nümayiş etdirdi.
Türk birliyinə gedən yolun hər addımında inkişafa və gücə şahidlik etməkdən məmnunluq duyan biri kimi Qarabağdakı tarixi qələbəni, qardaş Azərbaycanın torpaqlarının azad olunmasını xüsusi vurğulamaq istəyirəm. Azərbaycan xalqının əzmini, qətiyyətini nümayiş etdirən və Türk dövlətlərinin qürur duyduğu bu böyük qələbə həm də Türk birliyinin gücünə mühüm töhfədir. Qoy bu nailiyyət Türk dünyasının tərəqqisini və birliyini daha da gücləndirsin.
Sizin səmərəli rəhbərliyinizlə Türk dünyası müxtəlif əməkdaşlıq sahələrində önəmli nailiyyətlər əldə edib və bunlar ümumi inkişafa və rifaha töhfə verib. Ona görə də mən əminəm ki, Türkiyə İnvestisiya Fondunun təsis olunmasına və onun fəaliyyətinə göstərdiyiniz güclü dəstək Türk dünyasının daha çox inteqrasiyasına töhfə verəcək və Türk dövlətlərinin mühüm qlobal iqtisadi oyunçu və investisiya baxımından cəlbedici məkana çevrilməsinə kömək edəcək.
Zati-aliləri, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi bir daha təbrik edirəm”.