Türkmənistan, Azərbaycan və Türkiyə liderlərinin bu ay planlaşdırılan zirvə görüşü təxirə salınıb.
Modern.az Türkmənistan KİV-nə istinadən xəbər verir ki, görüş Türkiyədəki meşə yanğınları səbəbi ilə təxirə salınıb.
Belə ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün türkmənistanlı həmkarı Qurbanqulu Berdıməhəmmədovla telefon danışığı zamanı görüşü təxirə salmağı təklif edib.
Berdiməhəmmədov Ərdoğanın istəyini anlayışla qəbul edib.
Berdıməhəmmədov Türkiyədə meşə yanğınlarında həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib, Türkiyə xalqına dəstəyini ifadə edib.