Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 14 may seçkilərindən sonra ilk dəfə müsahibə verib.
Dövlət başçısı “CNN Türk” və “Kanal D” telekanallarına müsahibəsində seçki prosesi, eləcə də seçkidən sonrakı hadisələrlə bağlı sualları cavablandırıb.
Ərdoğan ikinci tur seçkiləri üçün böyük mitinqlər keçirməyəcəyini bildirib. O, həftəsonu zəlzələ bölgəsinə gedəcəyini bildirib.
“Bu həftənin sonunda zəlzələ bölgəsinin müəyyən bir hissəsini ziyarət edəcəyəm. Mitinq planlaşdırmıram, zəlzələ bölgəsində mitinq xarakterli toplantılar keçirə bilərik”, – o qeyd edib.
Türkiyə lideri onu da deyib ki, qarşıdakı 12 günü diqqələ qiymətləndirəcəklər və qətiyyən rahat davranmayacaqlar: “Artıq 28 may üçün işə başlamışıq. Bu gün bütün liderlərlə görüşlərim oldu. Qarşıdakı 12 gündən yaxşı istifadə edəcəyik”.