Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Bu barərə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər Rusiya-Ukrayna məsələsini müzakirə ediblər. Ərdoğan Putinlə regional məsələlərdə sıx dialoqa hər zaman böyük əhəmiyyət verdiyini bildirib və bunun müsbət nəticələri olduğunu qeyd edib. Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə zidd addımları tanımadıqlarını və bunun prinsipial münasibət olduğunu bildirən Ərdoğan Minsk razılaşmaları əsasında nəticəyə gəlməyin vacib olduğunu vurğulayıb.
Hərbi qarşıdurmanın heç kimə fayda verməyəcəyini bildirən Ərdoğan bəyan edib ki, Türkiyə gərginliyin azaldılması və sülhün qorunması üçün üzərinə düşəni etməyə hazırdır.(modern.az)