Türkiyənin Milli Təhlükəsizlik Şurasının iclası keçirilir.
TürkMedia.az xəbər verir ki, iclasa Prezident Rəcəb Tayyib Ərdoğan sədrlik edir.
İclasda Türkiyə Ordusunun Azərbaycan, Liviya və Suriyadakı fəaliyyəti, ölkə daxilində və xaricində terrorla mübarizə, Egey, Şərqi Aralıq dənizi və Kipr mövzuları müzakirəyə çıxarılıb.
İclasın gündəliyinə Qarabağda atəşkəsə nəzarət etmək üçün yanvarın 30-da işə başlayan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti də daxil edilib.